EN

Musk sərvəti 700 milyard dolları keçən ilk insan oldu

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask sərvəti 700 milyard dolları keçənilk insan oldu.

Trend-in məlumatına görə, bu barədə "Forbes" jurnalı xəbərverib.

Nəşr milyarderin sərvətinin artmasını Delaver Ali Məhkəməsinincümə günü sahibkarın rəhbərlik etdiyi "Tesla" şirkəti üçün səhmopsionları şəklində kompensasiya hüququnu bərpa etmək qərarı iləəlaqələndirib. Nəticədə sahibkarın sərvəti 139 milyard dollarartaraq 749 milyard dollara çatıb.

"Forbes"un milyarderlər siyahısına İ.Mask başçılıq edir, onunardınca "Google"ın həmtəsisçisi Larri Peyc (252,7 milyard dollar),"Oracle"ın sədri Larri Ellison (242,8 milyard dollar) və "Amazon"untəsisçisi Jeff Bezos (239,4 milyard dollar) gəlirlər.

Chosen
124
az.trend.az

1Sources