EN

"Qəbələ" bu gün "Qarabağ"ı sınağa çəkəcək

Bu gün Misli Premyer Liqasının XVI turunun növbəti oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün açılış qarşılaşmasında "Qəbələ" "Qarabağ"ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.

Günün ikinci oyununda isə "Araz-Naxçıvan" klubu öz meydanında "Şamaxı" komandası ilə üz-üzə gələcək.

"Liv Bona Dea Arena"da keçiriləcək matç saat 17:30-da başlayacaq.

Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.


Chosen
12
3
paralel.az

10Sources