AZ

“Qarabağ” “Araz-Naxçıvan”a qarşı oynayacaq

 Ajans.az xəbər verir ki, günün açılış qarşılaşmasında “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək. Günün ikinci oyununda isə “Qarabağ” klubu öz meydanında “Araz-Naxçıvan” komandası ilə üz-üzə gələcək. “Azersun Arena”da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq. Misli Premyer Liqası XV tur 14 dekabr 14:00. “Kəpəz” - “Qəbələ” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov VAR: Cavid Cəlilov AVAR: Emin Əliyev Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Mübariz Hüseynov Yevlax şəhər stadionu 17:30. “Qarabağ” - “Araz-Naxçıvan” Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov VAR: Tural Qurbanov AVAR: Asiman Əzizli Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Kifayət Mustafayeva

“Azersun Arena”.

Seçilən
30
4
Ajans.az

10Mənbələr