AZ

“Qarabağ" bu gün "Araz-Naxçıvan"ı sınağa çəkəcək

Bu gün Misli Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün açılış qarşılaşmasında "Kəpəz" "Qəbələ"ni qəbul edəcək.

Yevlax şəhər stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək.

Günün ikinci oyununda isə "Qarabağ" klubu öz meydanında "Araz-Naxçıvan" komandası ilə üz-üzə gələcək.

"Azersun Arena"da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.

Bizim.Media

Seçilən
39
2
bizim.media

10Mənbələr