EN

Əraqçıdan Trampın adamı haqda sərt qərar: Bir neçə aydır ki...

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla təmaslar haqda danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Rusiya mediasına müsahibə verib.

Nazir deyib ki, əvvəllər Uitkoffla əlaqə saxlasa da, artıq bir neçə aydır bunun dayandırılması barədə qərar verilib.

Əraqçının sözlərinə görə, İran danışıqlar yolu ilə əldə edilən ədalətli və balanslı razılaşmaya hazırdır, lakin diktə xarakterli şərtləri qəbul etməyəcək.

“İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) sadiq üzvü olaraq qalır və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa hazırdır”, – deyə o bildirib.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
globalinfo.az

1Sources