EN

Aleksander İsak zədə aldı, ili erkən bitirdi – ARENA.AZ

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan İngiltərənin “Liverpul” klubunun futbolçusu Aleksander İsak zədələnib.

Arena.az xəbər verir ki, isveçli hücumçu Premyer Liqanın 17-ci turunda “Tottenhem”ə qalib gəldikləri (2:1) oyunda sıradan çıxıb.

56-cı dəqiqədə matçda hesabı açmış forvard 4 dəqiqə sonra əvəzlənməli olub. İsakın zədəsinin ciddi olacağı gözlənilir.

Xatırladaq ki, “Qarabağ” “Liverpul”la yanvarın 28-də İngiltərədə üz-üzə gələcək.

“Liverpul” İsakı 2025-ci ilin yayında İngiltərənin digər klubu “Nyukasl”dan 144 milyon avro müqabilində heyətinə cəlb edib. 26 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, “qırmızılar”ın heyətində 16 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

İsak daha öncə “Nyukasl”, “Real Sosyedad”, AİK, “Villem II”, “Borussiya” (Dortmund) klublarında da çıxış edib.

Aleksander İsak 2017-ci ilin yanvar ayında debüt etdiyi İsveç yığmasının heyətində 56 oyun keçirib, 16 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı isveçli hücumçunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Chosen
43
4
arena.az

10Sources