AZ

Tyaqo Silva PSJ-ni çalışdırmaq istəyir – ARENA.AZ

Ötən gün “Portu” ilə müqavilə bağlamış braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva əvvəllər çıxış etdiyi PSJ-ni çalışdırmaq istəyir.

Arena.az “Bədheybət” ləqəbli futbolçunun müvafiq fikrini təqdim edir:

“Məşqçi olanda, qarşıma məqsəd qoyacağam: nə vaxtsa oynadığım komandaları çalışdırmaq. Odur ki, bir dəfə PSJ-ni də çalışdırmaq istərdim”, deyə Silva vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə “Fluminense”dən azad agent kimi ayrılmış Braziliya millisinin sabiq mərkəz müdafiəçisi ötən gün Portuqaliyanın “Portu” klubu ilə 6 ay + 1 illik müqaviləyə imza atıb.

“Portu” 41 yaşlı Tyaqo üçün tanış klubdur. O, 2004/2005-ci illər mövsümündə də Portuqaliya klubunun formasını geyinib. Amma həmin vaxt braziliyalı futbolçu bu klubun B komandasında çıxış edib və əsas komandada debüt imkanı qazanmayıb.

Silva 2024-cü ilin yayında “Çelsi”dən azad agent kimi ayrılaraq “Fluminense” ilə müqavilə bağlamışdı. O, ötən mövsüm Braziliya komandasının heyətində 46 matça çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Tyaqo 2006-2009-cu illərdə də “Fluminense”də çıxış edib. Müdafiəçi “Flu”nun heyətində bütövlükdə 185 oyuna 18 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.

Silva karyerası ərzində Avropada “Milan” (İtaliya), PSJ (Fransa) və “Çelsi”nin (İngiltərə), Braziliyada “Yuventude”nin də formasını geyinib.

Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 41 yaşlı futbolçunun tansfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.

Seçilən
6
4
arena.az

10Mənbələr