EN

Premyer Liqada tarixi antirekord

“Tottenhem” İngiltərə Premyer Liqasında antirekorda imza atıb.

Msport.az xəbər verir ki, bu, London təmsilçisinin XVII turda “Liverpul”a məğlub olması (1:2) ilə reallaşıb.

Komanda çempionat tarixində ilk dəfə bir təqvim ilində 11 ev matçında uduzub. Paytaxt klubu 2025-ci ildə doğma meydandakı qarşılaşmalarda mümkün 54 xaldan 15-ni toplaya bilib.

Qeyd edək ki, “Tottenhem” hazırda İngiltərə Premyer Liqasında 22 xalla 13-cü pillədə qərarlaşıb.

Chosen
110
5
msport.az

6Sources