İngiltərə Premyer Liqasının 17-ci turunda keçirilən "Tottenhem" - "Liverpul" oyunu London təmsilçisinin məğlubiyyəti (1:2) ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, bu ev məğlubiyyəti paytaxt təmsilçisinin 2025-ci ildə 11-ci yenilgisi olub.
"TNT Sports"-un hesablamasına görə, bu, klub tarixinin antirekordudur. "Tottenhem" əvvəllər heç vaxt bir təqvim ilində bu qədər ev oyununda məğlub olmayıb.
"Tottenhem" 17 turdan sonra 22 xalla turnir cədvəlində 13-cü yerdədir, "Liverpul" isə Premyer Liqada beşinci yerə yüksəlib.
London komandası ili növbəti bazar günü, 28 dekabrda səfərdə "Kristal Palas"la oyunla başa vuracaq.