EN

Neymardan emosional açıqlama: "Ançelotti, bizə kömək et!"

"Santos"un hücumçusu Neymar Braziliya milli komandasının mundialdakı hədəfini açıqlayıb.

Fanat.Az xəbər verir ki, ulduz hücumçu komandasının dünya futbolunun əsas kubokunu qazanmağa hazır olduqlarını vurğulayıb.

Tanınmış insayder Fabritsio Romano sosial media hesabı üzərindən Neymarın dediklərini belə çatdırıb: "Dünya Kubokunu Braziliyaya qaytarmaq üçün əlimizdən gələni, hətta  və daha çoxunu edəcəyik. İyul ayında bu sözlərimə görə məni sorğu-suala çəkə, tənqid edə bilərsiz. Hey, Ançelotti, bizə kömək et" .

Neymar bu mövsüm "Santos"la bütün turnirlərdə 28 oyunda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

32 yaşlı hücumçunun Braziliya klubu ilə müqaviləsinin müddəti bu ilin sonuna qədərdir. "Transfermarkt" Neymarın bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirilir.
 

Chosen
78
1
fanat.az

2Sources