EN

FIFA-nın sabiq baş katibi korrupsiyada təqsirli bilinib

FIFA-nın keçmiş baş katibi Jerom Valke korrupsiya ittihamlarında təqsirli bilinib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, jurnalist Ben Yakobs bu barədə “X” sosial media platformasında məlumat yayıb.

Məlumata görə, İsveçrə Ali Məhkəməsi Valkeni və yunan iş adamı Dinos Derisin dünya çempionatının televiziya yayımları üçün müqavilələr bağlayarkən qanunu pozduqlarını müəyyən edib.

Sabiq baş katib üç ödənişin korrupsiya xarakterini gizlətmək üçün onları şirkətinin 2013 və 2014-cü il balans hesabatlarında uzunmüddətli kreditlər kimi əks etdirib. Qeyd edək ki, məmur 2007-ci ildən 2015-ci ilə qədər bu vəzifəni tutub.

Chosen
21
5
nocomment.az

6Sources