Bakı.Trend:
Qubada sürücü etibarnamə ilə idarə etdiyi maşınla piyadanıvuraraq öldürüb.
Trend-inməlumatına görə, hadisə dekabrın 21-də baş verib.
Belə ki, 21.12.2025-ci il tarixdə Bəhram Allahverdiyevetibarnamə ilə idarə etdiyi “Nissan” markalı avtomobillə Qubaşəhərində yolu keçən piyada Humay Zeynalovanı
vuraraq öldürüb.
Faktla bağlı Quba RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işibaşlanaraq istintaq aparılır.