EN

Fransada Lüvr muzeyindən oğurluqla bağlı yeni detallar açıqlanıb

Oğrular 8 mindən çox almaz və 200-ə yaxın inci ələ keçiriblər...

Poliqon xəbər verir ki, BFMTV telekanalının məlumatına görə, Lüvr muzeyindən 8482 almaz, 35 zümrüd, 34 sapfir və 212 inci oğurlanıb. Bu qiymətli daşlar Napoleona aid səkkiz zinət əşyasını bəzəyib.

Hadisə 19 oktyabr tarixində baş verib. Naməlum şəxslər işçi formasında muzeyə daxil olaraq avtolyift vasitəsilə Napoleona aid kolleksiyadan 88 milyon avro dəyərində zinət əşyalarını, o cümlədən boyunbağı, broş və diaademi bir neçə dəqiqə ərzində oğurlayıblar. İmperatriça Evgeniyənin tacı, üzərində 1354 almaz yerləşdirilmiş, qaçış zamanı düşüb. Oğurlanmış bəzi zinət əşyaları Darknet üzərindən satılmağa cəhd edilib.

Noyabr ayında Le Monde nəşri yazıb ki, Lüvr muzeyində təhlükəsizlik yoxlamaları 2018-ci ildən bəri həssas nöqtələrin olduğunu göstərib, lakin tədbirlər kifayət qədər gücləndirilməyib.

Poliqon.info

Chosen
35
poliqon.info

1Sources