EN

Baş nazirdən Tailand və Kambocaya sülh çağırışı

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Maleziya Baş naziri Ənvər İbrahim sərhəd qarşıdurması yaşayan Tailand və Kambocaya dialoq və sağlam düşüncə nümayiş etdirməyə çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, Ənvər İbrahim sosial media hesabında verdiyi açıqlamada Tailandın Baş naziri Anutin Çarnvirakul və Kambocanın Baş naziri Hun Manet ilə telefon danışığı apardığını bildirib:

“Baş nazirlərlə əlaqə saxlayaraq fikir mübadiləsi aparmaq və iki ölkə arasında artan gərginliyi azaltmaq üçün ən yaxşı yolu müzakirə etmək imkanı qazandım.

Gərginliyin sona çatdırılması və bölgədə sülh və sabitliyin qorunması baxımından Kamboca və Tailandın dialoq, sağlam düşüncə və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalmasının vacibliyini vurğuladım”.

“Sabah keçiriləcək ASEAN Xarici İşlər Nazirləri Toplantısı hər iki ölkəyə açıq şəkildə müzakirə aparmaq, mübahisələri sülh yolu ilə həll etmək və ədalətli, davamlı bir razılaşmaya nail olmaq üçün münasib və konstruktiv bir platforma təqdim edir”, -  deyə Ənvər əlavə edib.

Qeyd edək ki, Tailand və Kamboca arasında oktyabr ayında elan edilən atəşkəsə baxmayaraq, 7 dekabrda qarşıdurmalar yenidən başlamışdı.

ABŞ Prezidenti Donald Tramp isə 12 dekabrda Tailand və Kamboca liderləri ilə keçirdiyi görüşlər nəticəsində tərəflərin atəşkəsi yenidən qəbul etdiyini açıqlamışdı.

Buna baxmayaraq, iki ölkə arasında sərhəd qarşıdurmalarının davam etdiyi bildirilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
cebheinfo.az

2Sources