EN

“Liverpul”un ulduzu ciddi zədə aldı – “Qarabağ”la oyunu buraxa bilər

“Liverpul”un hücumçusu Aleksander İsakın ayağında sınıq şübhəsi yaranıb.

İdmanxeber.az xəbər verir ki, isveçli forvard Premyer Liqanın 17-ci turunda “Tottenhem”lə görüşdə (2:1) qol vurduğu epizod zamanı zədə alıb. Klub çarpaz bağlarda problem olmadığını açıqlasa da, “The Athletic” İsakda sınıq ehtimalının mövcud olduğunu yazıb.

Əgər diaqnoz təsdiqlənsə, yayda 125 milyon funt-sterlinqə transfer olunan futbolçu bir neçə ay meydanlardan uzaq qalacaq.

Bu halda isə İsak Çempionlar Liqasında “Qarabağ”a qarşı oynaya bilməyəcək.

Xatırladaq ki, Ağdam klubu İngiltərə təmsilçisi ilə yanvarda üz-üzə gələcək.

Chosen
18
idmanxeber.az

1Sources