Bakı, 22 dekabr, AZƏRTAC
Dünən amnistiyaya düşdüyümü bildim. Tez ailəmə xəbər verdim, onlar da çox sevindilər. İndi ailəm yolumu gözləyir
Bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə cəzadan azad olunan yeniyetmə deyib.
O, amnistiya aktı təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.