İndoneziyanın Sumatra adasında baş verən güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1106 nəfərə çatıb, 175 nəfər isə hələ də itkin sayılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TASS" İndoneziyanın Milli Fəlakətləri İdarəetmə Agentliyinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, təbii fəlakət nəticəsində təxminən 7 min nəfər xəsarət alıb.