EN

Bir həftə işə çıxdı, vəzifəsindən azad etdi

Bir neçə gün əvvəl sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Əli Mahmudovun Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayımlanmışdı.

“Ölkə.Az” Unikal-a istinadla xəbər verir ki, xəbər ictimailəşdikdən sonra Ə.Mahmudov işdən çıxarılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Hələlik Əli Mahmudovun yerinə təyinat yoxdur.

Qeyd edək ki, təyinat bir həftə əvvəl olmuşdu.

Chosen
21
10
olke.az

10Sources