EN

Rusiyanın qızıl ehtiyatları rekord həddə çatıb Yarısı Avropada dondurulub

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Mərkəzi Bankı tərəfindən saxlanılan qızıl ehtiyatlarının ümumi dəyəri rekord göstəriciyə yüksələrək 310 milyard dollara çatıb.

Yeniavaz.com Rusiyanın rəsmi qurumlarına istinadən xəbər verir ki, bu göstərici il ərzində 92 milyard dollar artım deməkdir və tarixdə ən yüksək nəticə kimi qeydə alınıb.

Artımın əsas səbəbi isə beynəlxalq fond birjalarında qızılın qiymətinin kəskin bahalaşmasıdır.

Mərkəzi Bankın açıqlamasında bildirilir ki, Rusiyanın qızıl ehtiyatları təkcə fiziki qızıl külçələrindən ibarət deyil.

Portfelə həmçinin dəyəri sürətlə artan rəqəmsal qızıl sertifikatları da daxildir.

Məlumata əsasən, cari il ərzində qızılın qiyməti orta hesabla 67 faiz yüksəlib ki, bu da ehtiyatların ümumi dəyərində nominal artımı sürətləndirib.

Rəsmi balans hesabatına görə, Rusiyanın qızıl ehtiyatlarının həcmi 2 329 ton olaraq göstərilir.

Lakin qeyd olunur ki, qızıl ehtiyatlarının auditi uzun illərdir aparılmır və faktiki həcm rəsmi rəqəmlərdən fərqlənə bilər.

Eyni zamanda diqqətə çatdırılır ki, bu portfelin təxminən yarısı Qərb yurisdiksiyalarında dondurulub və Mərkəzi Bankın həmin aktivlərə çıxışı yoxdur.

Buna baxmayaraq, sözügedən vəsaitlər hələ də maliyyə hesabatlarında qeyd olunur və Rusiya hökumətinin balansında qalmaqda davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
2
yeniavaz.com

3Sources