Bakı. Trend:
bp bu həftə Azərbaycan sektorunda, Xəzər dənizində yerləşən“Qarabağ” yatağında “High Density Ocean Bottom Node” (HDOBN)texnologiyasından istifadə etməklə 3D seysmik tədqiqatlarınaparılmasına başlayıb.
Bu barədə Trend-insorğusuna cavab olaraq “bp Azerbaijan”dan bildiriblər.
“Bu, yatağın işlənməsi yolunda atılan ilk addımdır. Biz ikiseysmik tədqiqat proqramının həyata keçirilməsini planlaşdırırıq —Ocean Bottom Node (OBN) metodu ilə seysmik kəşfiyyat və yüksək vəultra-yüksək detallı seysmik tədqiqatlar (HR/UHR). OBN seysmikkəşfiyyatı artıq başlayıb və 3,5 aya qədər davam edəcək. HR/UHRtədqiqatlarının aparılması isə 2026-cı ilin mart–aprel aylarınaplanlaşdırılıb və onların müddəti 45 günə qədər çəkəcək”, – deyəşirkətdə bildirilib.
bp Azerbaijan-da qeyd ediblər ki, OBN metodu ilə seysmik çəkilişkollektorun xüsusiyyətlərinin daha dərindən anlaşılmasına imkanverəcək, quyu planlaşdırılmasını dəstəkləyəcək və yatağın işlənməsistrategiyalarının optimallaşdırılmasına töhfə verəcək. HR/UHRtədqiqatları isə quyuların bütövlüyünə təsir göstərə biləcəkgeoloji risklərin, eləcə də platformanın və digər infrastrukturuntəhlükəsiz quraşdırılmasına mane ola biləcək yeraltı təhlükələrinmüəyyənləşdirilməsinə yönəldiləcək.
“Oktyabr ayında seysmik tədqiqat proqramı üzrə ətraf mühitətəsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihəsi ictimaimüzakirəyə çıxarılıb və baxılması və təsdiqi üçün AzərbaycanRespublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdimedilib. Nazirlik artıq ƏMTQ-ni təsdiqləyib və proqramın icrasınabaşlanması üçün zəruri icazələri verib”, – deyə şirkətdəbildirilib.
Qeyd edək ki, “Qarabağ” yatağının müqavilə sahəsi Bakının 120kilometrliyində, 150–200 metr dərinlikdə, “Azəri-Çıraq-Günəşli”(AÇG) və “Əşrəfi–Dan Ulduzu–Aypara” (ƏDUA) müqavilə sahələrinəyaxın ərazidə yerləşir.
2018-ci ildə “Qarabağ” yatağının işlənməsi üzrə Risk XidmətSazişi (Risk Service Agreement, RSA) imzalanıb. 2025-ci ilin mayayında bp şirkəti bu saziş çərçivəsində 35 faiz pay əldə edərəklayihənin operatoru olub. SOCAR-ın törəmə qurumu isə RSA-da 65 faiziştirak payını qoruyub saxlayıb.