EN

Avtomobil qaçıran şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda bir nəfərə məxsus avtomobil qaçırılıb.

Teleqraf xəbər verir ki, zərərçəkən polisə müraciətində marketə daxil olmaq üçün avtomobilini saxladığını, qayıtdıqda isə nəqliyyat vasitəsinin orada olmadığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
25
3
teleqraf.com

4Sources