EN

Xocalı sakini: Sanki bütün bu illərin yükü üstümdən götürülüb

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Torpaq müqəddəsdir, yurd şirindir. 33 il əvvəl torpağımızı, yurdumuzu itirdik, məcburi köçkün olduq. Ötən illər torpaq itkisi, yurd həsrəti ilə yaşadıq. Bu gün həsrətində olduğumuz torpaqlara qovuşuruq. Qəlbimdə sevinc hissi ilə yanaşı, bir rahatlıq da var. Sanki bütün bu illərin yükü üstümdən götürülüb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Badara kəndinə köç edən keçmiş məcburi köçkün Əliağa Mürsəlzadə deyib.

“Bəli, biz artıq məcburi köçkün deyilik, doğma torpaqlarımızdayıq. Bunun üçün Prezidentimizə, Ordumuza təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
3
yeniazerbaycan.com

4Sources