EN

“O, özünü Ermənistanın qəhrəmanı adlandırırdı” – Karen Avanesyanın məhkəməsi


Karen Avanesyan xəstəxanada özünü Ermənistanın qəhrəmanı adlandırırdı.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, bunu Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilən prosesində onun yaxalanmasında iştirak etmiş Elmar adlı polis əməkdaşı deyib.
O bildirib ki, əməliyyat zamanı Avanesyan polisin təslim olmaq tələbinə məhəl qoymayaraq, silahlı müqavimət göstərməyə davam edib:
“Xidmətdə olduğumuz zaman erməniəsilli Karen Avanesyan Xankəndidə silahlı müqavimət göstərdiyi barədə məlumat aldıq. Hadisə yerinə getdik və onu dəfələrlə silahı yerə qoyub təslim olmağa çağırdıq. Lakin bu çağırışlara məhəl qoymadan bizə qarşı silahlı müqavimət göstərirdi. Avanesyan silahlı halda şəhər ərazisində tədbir keçirilən əraziyə doğru gedirdi.
Chosen
12
1
yeniavaz.com

2Sources