EN

"Bu il vətəndaş cəmiyyəti üçün əməkdaşlıq və fəallıqla yadda qaldı" - QHT sədri

Din və Qadın Hüquqları İctimai Birliyinin sədri Tünzalə Qardaşova QHT.az-a bildirib ki, 2025-ci il vətəndaş cəmiyyəti üçün əməkdaşlıq və fəallıqla yadda qalıb.

Onun sözlərinə görə, 2025-ci ildə İctimai Birlik “Vətəndaş cəmiyyətinin inkişafında dini-mənəvi dəyərlərin rolu” layihəsini həyata keçirib. Fəaliyyətlər 5 rayonu əhatə edib və ümumilikdə 100 nəfər iştirakçını cəlb edib:

"Layihə çərçivəsində maarifləndirici seminarlar, müzakirə  tədbirləri həyata keçirilmiş, dini-mənəvi dəyərlərin ictimai məsuliyyət və vətəndaş şüurunun formalaşmasında əhəmiyyəti vurğulanmışdır. Əldə olunan nəticələrə iştirakçıların bilik və anlayışlarının artması, yerli icmalar arasında əməkdaşlıq mühitinin möhkəmlənməsi və mövzu üzrə praktik bacarıqların artırılması daxildir. Layihənin davamlılığı üçün regionlarda tərəfdaş qurumlarla əməkdaşlığın genişləndirilməsi, maarifləndirici tədbirlərin artırılması və könüllülərin prosesə daha geniş cəlb olunması nəzərdə tutulur".

QHT sədri həmçinin bildirib ki, 2026-cı il üçün əsas prioritetlərimiz gənclərlə əməkdaşlığın gücləndirilməsi, gənc könüllülərin təşkilata cəlb edilməsi, region qadınları ilə maarifləndirici işlərin genişləndirilməsi, eləcə də gender bərabərliyi və məişət zorakılığı sahəsində ardıcıl təşviqatın aparılmasıdır:

"Bu istiqamətlər təşkilatın sosial təsirinin artırılmasına və daha geniş kütlələrə çıxışına xidmət edəcəkdir".

Chosen
23
qht.az

1Sources