EN

Anakliya dərinsulu limanının ilk gəmini qəbul edəcəyi tarix açıqlanıb

Tbilisi, 22 dekabr, AZƏRTAC

Anakliya dərinsulu limanı 2029-cu ildə ilk gəmini qəbul etməyə və yüklərin emalına başlamağa hazır olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili “Birinci Kanal”dakı (1tv.ge) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Anakliya limanı layihəsinin birinci mərhələsi 2029-cu ildə başa çatacaq və liman təxminən 600 min konteyner qəbul edə biləcək.

Nazir deyib ki, limanın inkişafının ikinci mərhələsinin tamamlanması 2036-cı ilə planlaşdırılır. Bu müddət ərzində Anakliya limanının buraxılış gücü faktiki olaraq ikiqat artacaq və bir milyondan çox konteyner qəbul və emal edə biləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Chosen
72
azertag.az

1Sources