Sabah Ermənistan yanacaq bazarına litri təxminən 1,15 dollar olan Azərbaycan benzininin ilk partiyası daxil olacaq.
“Cebheinfo.az”-ın məlumatına görə, idxalçılar yeni qiymətin mövcud bazar göstəricilərindən xeyli aşağı olduğundan istehlakçıların fərqi dərhal hiss edəcəklərini bildirirlər.
“Factor.am” portalının yazdığına görə, yanacağın satışına “Run Oil” yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə başlanacaq.
İdxalçı şirkət olan “Mega Trade”-in direktoru Karen Ayriyan sürücülərin yaxın günlərdə yeni benzinlə yanacaq doldura biləcəklərin təsdiqləyib.
İlk partiyanın əsas üstünlüyü onun qiymətində olacaq:
"Premium" markalı benzinin bir litrinin qiyməti əvvəlcə 440 dram (təxminən 1,15 dollar) müəyyən edilib. Ermənistanda isə bu benzinin orta bazar qiyməti hazırda 520 dram (təxminən 1,35 dollar) civarındadır.
Qeyd edilir ki, “Sil Concern” şirkətinin bir hissəsi olan (millət vəkili və sahibkar Xaçatur Sukiasyanın ailəsinə məxsus) “Mega Trade” şirkəti Ermənistana ümumilikdə, dəmir yolu ilə 22 vaqon, yəni 600 ton yanacaq idxal edib.
Ayriyanın sözlərinə görə, alış dolayı yolla, lakin beynəlxalq broker təşkilatı vasitəsilə həyata keçirilib. Lakin malların mənşəyi Azərbaycana aiddir.
Çatdırılmaların logistikası Gürcüstan ərazisindən tranzit yolu ilə həyata keçirilib. Qeyd etmək lazımdır ki, hazırda rəsmi Tiflis bu daşınma üçün tranzit haqqı almayıb. Lakin gələcək daşınmalar üçün qiymət şərtləri hələ müəyyən edilməyib.
Mənbənin qeyd etdiyinə görə, Ermənistan hökuməti hazırda əlverişli tranzit tarifinin müəyyən edilməsi üçün fəal danışıqlar aparır. Bu da gələcəkdə vətəndaşlar üçün əlverişli yanacaq qiymətlərinin saxlanılmasına imkan verəcək.