EN

Türkiyə rəsmiləri Ermənistanla sərhədə getdilər

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin Ermənistanla həmsərhəd olan İğdır vilayətinin valisi Ercan Turan və digər yüksək vəzifəli rəsmilər Türkiyə-Ermənistan sərhədindəki Əlican keçid məntəqəsini ziyarət ediblər.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Turan müxtəlif qurumların nümayəndələri ilə birlikdə Ermənistanla sərhəddəki Əlican keçid məntəqəsini ziyarət edib. Türkiyənin yüksək vəzifəli rəsmiləri Ermənistan-Türkiyə sərhədinin mümkün açılması halında xidmət göstərmək üçün nəzarət məntəqəsinin texniki infrastrukturunun yaradılması və müvafiq strukturların tikintisi şərtlərini yerində araşdırıblar. Şərtlər və qaydaları nəzərdən keçirdikdən sonra rəsmilər müzakirə aparıb və iş üçün yol xəritəsi təqdim ediblər”, - məlumatda deyilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
78
2
axar.az

3Sources