EN

Ukrayna Ali Radası seçki ilə bağlı qanun layihəsini təsdiqlədi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk seçkilər haqqında qanun layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması barədə sərəncam imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Məlumata görə, işçi qrupunun əsas vəzifəsi Ukraynada seçkilərin keçirilməsi ilə bağlı qanunvericilik təşəbbüslərinin hazırlanması olacaq.

Ruslan Stefançuk bildirib ki, yaradılan işçi qrupunun məqsədi hərbi vəziyyət şəraitində demokratik və təhlükəsiz seçkilərin keçirilməsinə imkan verən qanun layihəsi hazırlamaqdır.

“Əminəm ki, bu işçi qrupu sadəcə seçkilərin deyil, məhz təhlükəsiz və demokratik seçkilərin keçirilməsinə imkan verəcək sənəd hazırlayacaq”, – deyə Stefançuk vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
globalinfo.az

1Sources