EN

Forbes: İlon Mask tarixdə sərvəti 700 milyard dolları aşan ilk insan olub...

Delaver məhkəməsinin qərarı Tesla səhmləri üzrə opsion mükafatının bərpasına yol açıb...

Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask sərvəti 700 milyard dolları keçən tarixdə ilk insan kimi qeydə alınıb.

Poliqon xəbər verir ki, bu barədə Forbes USA məlumat yayıb.

Nəşrin yazdığına görə, Maskın sərvətində kəskin artım Delaver ştatının Ali Məhkəməsinin aşağı instansiya məhkəməsinin qərarını ləğv etməsindən sonra baş verib. Həmin qərar əvvəllər İlon Maskın Tesla şirkətində səhmlər üzrə opsionlar formasında aldığı və hazırda təxminən 139 milyard dollar dəyərində qiymətləndirilən mükafat paketini etibarsız saymışdı. Ali Məhkəmənin bu qərarı qüvvədən salması Maskın aktivlərinin yenidən hesablanmasına səbəb olub.

Forbes-in son qiymətləndirməsinə əsasən, hazırda İlon Maskın ümumi sərvəti 749 milyard dollar təşkil edir. Bu göstərici onu təkcə dünyanın ən varlı insanı deyil, həm də şəxsi sərvəti bu həddi aşan ilk şəxsə çevirib.

Analitiklər bildirirlər ki, Maskın sərvətinin əsas hissəsi Tesla və SpaceX-dəki paylarından formalaşır. Xüsusilə Tesla səhmləri ilə bağlı məhkəmə qərarının dəyişməsi onun maliyyə mövqeyinə həlledici təsir göstərib. Eyni zamanda, SpaceX-in bazar dəyərinin artması da Maskın ümumi kapitalının yüksəlməsində mühüm rol oynayıb.

Poliqon.info

Chosen
85
poliqon.info

1Sources