“Mançester Siti”nin cinah hücumçusu Savio karyerasını “Tottenhem”də davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn məlumat yayıb.
Yay transfer pəncərəsində “şəhərlilər” 21 yaşlı braziliyalını Lakin buraxmamışdı. Lakin indi “Siti” Savio ilə bağlı mövqeyini dəyişib. Şayiələrə görə, klub mövsümün ilk hissəsində futbolçunun inandırıcı çıxışı olmadığı üçün onu yanvar ayında satmağa hazırdır.
Məlumata əsasən, yaranmış vəziyyətdən “mahmızlar” yararlana bilər. London klubu hazırda “Bornmut”un vingeri Antuan Semenyo ilə danışıqlarda çətinliklər yaşayır.