“Mançester Siti” qarşıdakı transfer pəncərəsində “Bornmut” un vingeri Antuan Semenyonu transfer edə bilər .
Publika.az xəbər verir ki, “The Times”a görə, “Siti” Semenyonun vəziyyətini izləyir və yanvar ayında onun 65 milyon funt sterlinqlik sərbəst buraxılma maddəsini aktivləşdirməyi düşünür. “Siti” hesab edir ki, Antuanın transferi mövsümün ikinci yarısında komandaya üstünlük verəcək.
Daha əvvəl “Liverpul”un da Semenyo ilə xüsusi maraqlandığı bildirilmişdi.