Ajans.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib. Kənd sakini, 1947-ci il təvəllüdlü Südavər Quliyevanı “Ford Transit” markalı maşın vurub. Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Lakin qadın orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.