Dəhşətli QƏZA: Maşın 78 yaşlı qadını vuraraq öldürdü
Ajans.azxəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib. Kənd sakini, 1947-ci il təvəllüdlü Südavər Quliyevanı “Ford Transit” markalı maşın vurub. Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Lakin qadın orada dünyasını dəyişib.