EN

Cəlilabadda avtomobil yolu keçən qadını vurub – xəstəxanada həyatını itirdi YENİLƏNİB

Cəlilabadda avtomobilin vurduğu 78 yaşlı qadın xəstəxanada ölüb.

NOCOMMENT.az Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verib.

“Ford Transit” markalı nəqliyyat vasitəsinin vurduğu qadın 1947-ci il təvəllüdlü Südavər Quliyeva dünən axşam saatlarında müalicə aldığı xəstəxanada həyatını itirib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***22.12.2025    19:45

Cəlilabadda avtomobilin vurduğu piyadanın kimliyi müəyyənləşib.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, “Ford Transit” markalı nəqliyyat vasitəsi piyada həmin kənd sakini, 1947-ci il təvəllüdlü Quliyeva Südavər Bəylər qızıdır.

Hazırda onun vəziyyəti ağır olaraq qalır.

***

Cəlilabadda nəqliyyat vasitəsi qadını vurub.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford Transit” markalı nəqliyyat vasitəsi yolu əks tərəfə keçmək istəyən qadını vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Hazırda piyadanın şəxsiyyəti və hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Chosen
55
nocomment.az

1Sources