EN

2025 ci ildə kitabı çıxan yazıçılar SİYAHI

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bir ilin tamam olması həm də əlamətdar hadisələrlə yadda qalır.

Yazıçı-şairlər üçün ən əlamətdar hadisələrdən biri də onların çap olunan yeni kitablarıdır.

Gununsesi.info 2025-ci ildə yeni kitabı işıq üzü görən yazıçıların siyahısını təqdim edir.

Belə ki, ilin sonlarına yaxın çap olunan kitablardan biri də Nadir Yalçının “Lal ev” hekayələr kitabı oldu.

O cümlədən Rüstəm Behrudinin “Sənin gözlədiyin qərib türkəm mən” adlı şeirlər kitabı çap olundu.

Bundan əlavə, Şərif Ağayarın əvvəlcə “Rəng mühəndisi”, daha sonra “Mənim tanıdığım Ələsgər” adlı kitabları da işıq üzü gördü.

Bp-nin dəstəyi ilə Qismət, Rəvan Cavid, Ulucay Akif, Elroman, Ruslan Dost Əlinin də kitabları bu il işıq üzü gördü.

İlqar Kamilin “9-cu mərtəbə” romanı da oxuculara təqdim edilib.

Əlavə olaraq, “Park nəşriyyatı” tərəfindən Salam Sarvanın “Fikir oyunları”, Seymur Baycanın “Həyata yekun vurarkən” adlı ikicildliyi, Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” və Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” kitabları çap edilib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
84
icma.az

1Sources