EN

Azərbaycan futbolunda film kimi olay – Pulu stadiona gətirdilər

Azərbaycan futbolunda maraqlı hadisə yaşanıb.

2-ci Liqa təmsilçisi “Şəki Siti” çempionatdan uzaqlaşdırılmaq təhlükəsindən son anda xilas olub. Belə ki, sözügedən liqanın 13-cü turunda 3 aydır maaş almayan məşqçilərlə futbolçuların imtinası üzündən “Qaradağ Lökbatan”la oyuna çıxmayan və texniki məğlubiyyətlə cəzlandırılan kollektiv bu gün də “Xankəndi”yə qarşı oynamamaq fikrindən matçın start fitinə dəqiqələr qalmış daşınıb.

Şəki təmsilçisinin baş məşqçisi Elvin Həsənovun verdiyi məlumata görə, məşqçi və futbolçu heyətinin 2 aylıq maaşı görüşün baş tutacağı stadiona – “Rekord Arena”ya çatdırılıb. Yalnız bundan sonra komanda meydana çıxmağa razı olub.

Qeyd edək ki, hazırda ilk yarısı oynanılan “Şəkis Siti” – “Xankəndi” matçında hesab 1:1-dir.//Fanat.Az

Chosen
16
1
millitv.net

2Sources