EN

Bu yolda sürücülər 100 metr yola qənaət etmək üçün qaydaları pozurlar VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda sürücülərin tez-tez qayda pozuntularına yol verdiyi yerlərdən birinin görüntüsü redaksiyamızın qaynar xəttinə göndərilib. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Səməd Vurğun küçəsindən gedir. Belə ki, sürücülər Bakıxanov küçəsindən sağa - Səməd Vurğun küçəsinə döndükdən sonra manevr qaydalarını pozurlar. Ayırıcı zolağın ilk kəsiyində nişan hərəkətin düzünə məcburiliyini bildirsə də, sürücülər oradan mütəmadi olaraq geriyə dönürlər. Bu zaman əks yoldan gəlib geriyə dönənlərin hərəkətinə maneə yaranır.

Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, 150-200 metr qarşıda geriyə dönmək üçün 2 yer nəzər tutulub. Lakin sürücülər məsafəni uzatmamaq üçün qaydaları pozmağı üstün tuturlar.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
avtosfer.az

1Sources