EN

Maştağada da işıq olmayacaq

Maştağa qəsəbəsində bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Bakıvaxtı.az-a verilən məlumata görə, Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 23 dekabr tarixində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:30-dan 13:30-dək Maştağa qəsəbəsinin bəzi hissələrində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Chosen
23
21
bakivaxti.az

10Sources