EN

Gürcüstan DTX nın keçmiş rəisi həbs olunub

ain.az, Apa.az saytına istinadən bildirir.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili həbs olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib.

Onun sözlərinə görə, Liluaşvili külli miqdarda rüşvət almaqda, “çağrı mərkəzləri”nə himayədarlıqdan əldə olunan vəsaitlərin müxalifətin maliyyələşdirilməsi üçün sərf olunmasında ittiham edilir.

Törədilmiş cinayət əməllərinə görə 11 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Liluaşvili DTX rəisi vəzifəsini 2019-cu ilin oktyabrından bu ilin aprelinədək tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
4
apa.az

5Sources