EN

Rusiyada Harri Kasparovun həbs olunması barədə qərarı verilib

Rusiyada şahmat üzrə dünya çempionu Harri Kasparov barəsində “terrorizmə haqq qazandırmaq” ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb.

Bu barədə TASS məlumat yayıb.

Qərar Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Qərara görə, istintaq orqanları dekabrın 22-də Harri Kasparovun qiyabi həbs olunması ilə bağlı vəsatət təqdim edib. Hazırda Rusiyada “xarici agent” kimi tanınan, terrorçular və ekstremistlər reyestrinə daxil edilən Harri Kasparova qarşı rəsmi ittiham irəli sürülüb.

Kasparov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi — informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorizmə açıq şəkildə haqq qazandırmaqda və ona çağırışlar etməklə ittiham olunur.

Qeyd edək ki, Harri Kasparov uzun illərdir Rusiyanı tərk edib. O, Putinin ciddi tənqidçisi kimi tanınır.

AzPost.az

Chosen
32
8
azpost.info

10Sources