EN

Vladanka Andreyeva: Bu gün uşaqlar insan alveri və şantaj kimi onlayn təhlükələrlə üz-üzə qalırlar

Bakı, 23 dekabr, AZƏRTAC

Rəqəmsal platformalar və süni intellekt uşaqlıq dövrünü formalaşdırır. Bu dəyişiklik böyük imkanlar yaradır. Belə ki, öyrənməyə çıxışı artırır, yaradıcılığı təşviq edir, əlaqələr qurmağa və xidmətlərə çatmağa köməklik göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, bu proses, eyni zamanda, yeni və sürətlə dəyişən risklər də yaradır. Bu gün uşaqlar zərərli ünsiyyət, kibercinayətkarlıq, təqib, cinsi istismar, insan alveri və şantaj kimi onlayn təhlükələrlə üz-üzə qalırlar. V.Andreyeva vurğulayıb ki, bu risklər bir çox uşaq müdafiə sistemlərinin yaradıldığı mövcud idarəetmə çərçivələrindən kənara çıxır.

Chosen
51
2
azertag.az

3Sources