Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu sözləri BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib. O bildirib ki, bu proses, eyni zamanda, yeni və sürətlə dəyişən risklər də yaradır. Bu gün uşaqlar zərərli ünsiyyət, kibercinayətkarlıq, təqib, cinsi istismar, insan alveri və şantaj kimi onlayn təhlükələrlə üz-üzə qalırlar. V.Andreyeva vurğulayıb ki, bu risklər bir çox uşaq müdafiə sistemlərinin yaradıldığı mövcud idarəetmə çərçivələrindən kənara çıxır. AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.