EN

BMT rəsmisi: Uşaqların Hüquqları Konvensiyası 196 dövlətdə təsdiqlənib

Bakı, 23 dekabr, AZƏRTAC

Bütün dövlətlər uşaqların hüquqlarını qorumaqda qabaqcıl rol oynamalıdır. Dövlət rəhbərliyi olmadan uşaqlar üçün davamlı nəticələr əldə etmək mümkün deyil. Lakin dövlətlər təkbaşına hərəkət edə bilməz. Səmərəli irəliləyiş beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, akademiya və uşaqların özləri ilə güclü əməkdaşlıq tələb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) sədri Sofiya Kiladze “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, BMT-nin Uşaqların Hüquqları Komitəsi uşaqların hüquqlarının beynəlxalq monitorinqində əsas mexanizm kimi çıxış edir. Komitə Uşaqların Hüquqları Konvensiyasının və onun Seçmə Protokollarının tətbiqinə nəzarət edir, bu sənədlər artıq 196 dövlət tərəfindən ratifikasiya edilib.

Chosen
47
1
azertag.az

2Sources