EN

Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması qaydasında dəyişiklik edilib

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi qaydasında dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə uyğun olaraq, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi və həmin dəyişikliklərin icrası məqsədilə qəbul olunmuş qanunların tələblərinin təmin edilməsi məqsədilə qəbul olunub.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2.5-ci yarımbəndinə dəqiqləşdirici əlavə edilib. Belə ki, həmin yarımbənddə “hakim” sözündən əvvəl “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanunu qüvvəyə minənədək ədliyyə oqranlarına işə qəbul olunmuş şəxslərə münasibətdə” sözləri əlavə edilib.

Chosen
57
2
azertag.az

3Sources