"Bütün bu müddət ərzində Bəşər Əsəd Rusiyanın xüsusi xidmət təşkilatı tərəfindən qorunub. Onun kiçik qardaşı, Suriyanın dördüncü zirehli diviziyasının Sabiq komandiri Mahir Əsəd də Moskvada –"Capital Towers"kompleksində yaşayır".

(Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd)
Xatırladaq ki, Bəşər Əsəd 2000-ci ildən bəri Suriyanın dövlət başçısı idi. 2024-cü ilin 8 dekabrında hazırkı prezident Əhməd Əş-Şərəənin rəhbərliyindəki müxalif qüvvələr gözlənilməz qiyam qaldıraraq hakimiyyəti ələ keçiriblər. Beləliklə, Suriyada Bəşər Əsədin 24 illik diktaturası, habelə onun atası ilə başlayan 53 illik rejim sona çatıb. Devrilən prezident ailəsi ilə birlikdə Rusiyaya sığınıb.
Firudin Həmidli
AzVision.az