AZ

NYT: Bəşər Əsədi rus kəşfiyyatı qoruyur

ain.az, Azvision portalına istinadən məlumat verir.

Bu barədə ABŞ-nin "The New York Times" qəzeti Əsəd ailəsinin qohumlarına, tanışlarına, həmçinin Suriyanın sabiq hökumət nümayəndələrinə istinadən məlumat yayıb. Qəzetin iddiasına görə, keçən il dekabrın 8-də Suriyadan Rusiyaya qaçan Əsəd ailəsi əvvəlcə paytaxt Moskva şəhərindəki "Four Seasons Hotel"ində məskunlaşıblar. Məlumata əsasən, mehmanxananın həftəlik kirayə haqqı 13 min dollardır. Ailə növbəti aylarda şəhərin mərkəzində yerləşən "Federasiya" qülləsində iki mərtəbəli penthaus mənzilə, oradan isə şəhərin qərbinə – bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka yaşayış massivinə köçüblər: "Bütün bu müddət ərzində Bəşər Əsəd Rusiyanın xüsusi xidmət təşkilatı tərəfindən qorunub. Onun kiçik qardaşı, Suriyanın dördüncü zirehli diviziyasının Sabiq komandiri Mahir Əsəd də Moskvada – "Capital Towers" kompleksində yaşayır".

(Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd) Xatırladaq ki, Bəşər Əsəd 2000-ci ildən bəri Suriyanın dövlət başçısı idi. 2024-cü ilin 8 dekabrında hazırkı prezident Əhməd Əş-Şərəənin rəhbərliyindəki müxalif qüvvələr gözlənilməz qiyam qaldıraraq hakimiyyəti ələ keçiriblər. Beləliklə, Suriyada Bəşər Əsədin 24 illik diktaturası, habelə onun atası ilə başlayan 53 illik rejim sona çatıb. Devrilən prezident ailəsi ilə birlikdə Rusiyaya sığınıb. Firudin Həmidli

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
azvision.az

3Mənbələr