Bakı.Trend:
Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi başverib.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisindəyerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı,eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarınıoğurlayıb.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarınındaxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə əməlitörətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraqsaxlanılıb. Həmin şəxsin törətdiyi hadisələr təhlükəsizlikkameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırmalar aparılır.