Qazax Dövlət Sosial-İqtisadi Kollecində nöqsanlar aşkarlanıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə APA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində 14-30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yoxlama keçirilib.
Yoxlama nəticəsində aşkarlanmış nöqsanların ətraflı araşdırılması hazırda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyeva məxsus evdən kollecin balansına aid təsərrüfat texnikaları və komputer tapıldığı iddia edilir.