EN

Qəzənfər Abbasov: “Hədəfimiz çempionluqdur”

“Komandada olan bəzi futbolçularla keçən il MOİK komandasındakı iş təcrübəm var”. 

Bu sözləri Apasport.az saytına açıqlamasında futbol üzrə Azərbaycan II Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Qəzənfər Abbasov deyib.

O, “Xankəndi” ilə aralarındakı şansların bərabər olduğunu vurğulayıb: “Ona görə də futbolçular artıq mənim hansı sistemdə oynatmaq istədiyimi və onlardan oyun zamanı nə tələb edəcəyimi bilirlər. Digər oyunçulara isə bu sistemi izah etmək asan oldu. “Xankəndi” klubu yaxşı futbolçulardan ibarətdir, təcrübəli oyunçuları var. Komanda həm Premyer Liqaya, həm də I Liqaya layiq futbolçular sahibdir. Düzdür, ilk oyunda qələbə qazandıq, amma bu o demək deyil ki, biz onlardan güclüyük. Xeyr, sadəcə həmin oyunda 3 xalı biz əldə etdik, digər matçlarda şanslar hələ də 50/50-dir”.

Təcrübəli mütəxəssis komandanın hazırkı gedişatından və qarşıdakı hədəflərindən də danışıb: “Mövsümün ikinci yarısında və birinci yarısında əsas hədəfimiz çempionluqdur. Hazırda qış fasiləsinə lider kimi yollanmışıq, amma bu o demək deyil ki, artıq çempionuq. Xeyr, çempion olmaq üçün ilk dövrədə qazandığımız uğurları daha da artırmalı və hədəfimizə çatmalıyıq”.

Baş məşqçi həmçinin qış transfer pəncərəsində yeni futbolçuların komandaya qoşulacağını bildirib: “komandaya yeni futbolçular gələcək, amma hazırda adlarını çəkmək uyğun deyil. Onlar müqavilə imzaladıqdan sonra adları açıqlayacağıq”.

Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”

AFFA I Liqa klublarını cəzalandırıb

"Zirə" Türkiyədə 2 yoxlama oyunu keçirəcək

"Fənərbaxça" – "Beşiktaş" derbisi bu kanalda

AFFA İntizam Komitəsi bölgə klubuna texniki məğlubiyyət verib

Chosen
41
2
apasport.az

3Sources