EN

Rafinya Alkantara karyerasını bitirdi – 32 yaşında – ARENA.AZ

Braziliya millisinin, eləcə də “Barselona”, “İnter” və PSJ-nin sabiq futbolçusu Rafinya Alkantara karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkələrdə yayımladığı video müraciətində bildirib.

O, qərarının əsas səbəbinin dizindən aldığı ciddi zədə olduğunu deyib:

“Bir müddət meydanlardan kənarda qaldıqdan və uzun bərpa prosesindən sonra vacib bir qərar verdim – karyeramı bitirirəm. Təxminən bir il əvvəl aldığım diz zədəsi yenidən ən yüksək səviyyədə oynamağıma imkan vermir. Bununla barışmaq çətin idi. Futbol uşaqlıqdan həyatımın bir hissəsi olub, lakin artıq özümü əvvəlki kimi ona həsr edə bilmədiyimi anlayıram”.

Rafinya ailəsinə, azarkeşlərə və futbola təşəkkür edib. O, həyatında yeni mərhələnin başladığını vurğulayıb.

Qeyd edək ki, Rafinya Alkantara “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun heyətində 3 dəfə İspaniya çempionu olub və 2014/2015-ci illər mövsümündə UEFA Çempionlar Liqasını qazanıb. Futbolçu karyerası ərzində “Selta”, PSJ, “İnter”, “Real Sosyedad” klublarında çıxış edib. Alkantara 2016-cı ildə Braziliya millisinin heyətində Olimpiya çempionu olub.

Rafinyanın son klubu Qətərin “Əl-Ərəbi” komandası olub.

Chosen
32
4
arena.az

10Sources